
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Xatırladaq ki, "qərb təmsilçisi" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu İranın 21 yaşlılardan ibarət yığma komandasına qarşı keçirib. 1:1 hesabı ilə başa çatan matçda komandanın yeganə qoluna Sadiq Şəfiyev imza atıb.
"Turan Tovuz" iyulun 4-dən Türkiyədədir. Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutub. Toplanışının ikinci mərəhələsi isə Boluda keçirilir.