
Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini birləşdirən konfederasiya (KONKAKAF) FİFA-ya etirazını bildirib.
Fanat.Az xəbər verir ki, qurumun rəhbərliyi və onun 41 üzv milli assosiasiyası FIFA prezidenti Canni İnfantinonun dünya çempionatı ilə bağlı payları özəl investorlara satmaq təklifini rədd edib.
Konfederasiyanın rəsmi saytında dərc olunmuş bəyanatda deyilir: "Futbolun gələcəyi və onun ən böyük sərvəti futbol ictimaiyyətinin əlində qalmalıdır".
Şimali Amerika futbolundan məsul qurum şəffaflığın olmamasından, təşəbbüsün nəzərdən keçirilməsi üçün qısa müddətdən və təklifin FIFA-nın idarəetmə orqanlarında lazımi prosedurlardan keçməməsindən narahat olduğunu bildirib.
KONKAKAF öz nümayəndələrinə FIFA-nın ehtiyatlarından regionda futbolun inkişafı üçün maliyyələşdirmənin artırılması imkanlarını araşdırmağı və təşkilatın nizamnaməsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmasını təmin etməyi tapşırıb.
Mirağa