
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti sınağına çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" Sumqayıtda "Payde" ilə cavab görüşünə çıxıb. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Ötən həftə Estoniyada baş tutan ilk oyunda 0:1 hesabı ilə qalib gələn "Payde" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, "Payde" 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
Zirə - Payde (Estoniya) 1:1
Qol: Eren Aydın, 5. - Henri Anier, 71.
Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)
Sumqayıt. "Socar Polimer Arena".
"Zirə": 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 5 Mutsinzi Anje, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 22 Ayxan Hüseynov, 9 Davit Volkov, 7 Eren Aydın.
Ehtiyat oyunçular: 72 Hüseynəli Quliyev, 99 Səlim Həşimov, 2 Amin Seydiyev, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov, 11 Martins Junior, 23.Ajan Smit, 27. Junior Lou, 29 Kris Diqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski.
"Payde": Jorju, Tur, Boranov, Hüqo, Lilander, Sohna, Haim, Miller, Luts, Badamasi, Siim
Ehtiyat oyunçular: Sapp, Andrade, Kabral, Ojamaa, Anyer, Jobarteh, Surogin, Çam, Piht, Smirnov, Nigula