15:11 31.07.2026 1591

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Avrokuboklarda iki təsnifat mərhələsi geridə qaldı. Təəssüf ki, ölkəmizi qitə turnirlərində təmsil edən 4 komandadan 2-si artıq mübarizəni dayandırdı. Konfrans Liqasında mübarizə aparan "Zirə" ilə "Neftçi" artıq növbəti Premyer Liqa mövsümünə hazırlaşa bilərlər. "Qarabağ" da UEFA Avropa Liqasından "ələndi". Son illər uğurlarına adət etdiyimiz "köhlənlər" 210 dəqiqə qapısına yol tapa bilmədiyi "ÇSKA Sofiya"ya penaltilərdə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək məcburiyyətində qaldı. 
Beləliklə, "Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində Danimarkanın "Orhus", "Qarabağ" isə KL-in müvafiq raundunda Ukraynanın "Dinamo Kiyev" komandası ilə üz-üzə gələcək. 
Ötən gün üç klubumuzun - "Qarabağ", "Neftçi" və "Zirə"nin mərhələ adlaya bilməməsi hər kəsi üzdü. Bəs ümumilikdə klublarımızın bu mövsümkü çıxışını uğurlu hesab etmək olarmı? 


Uğurlu startı "Neftçi" korlasa da...

Qeyd edtdiyimiz kimi, Azərbaycan klubları cari (2026/27) avrokubok mövsümünə ötən mövsümlə müqayisədə daha uğurlu başlamışdılar. İlk təsnifat mərhələsində təmsilçilərimizin göstərdiyi nəticələr son illərin ən yaxşı startlarından biri, hətta rekord idi. "Sabah", "Qarabağ" və "Zirə" ilk mərhələni birnəfəsə, 6 oyunun 6-da da qələbə qazanmaqla keçdi. Topların nisbəti isə 16:1 idi. İlk raundda “Sabah” Çempionlar Liqasında UELS-in TNS klubunu (2:0, 2:1), “Qarabağ” İslanadiyanın “Vestri” kollektivini (hər iki oyunda 3:0), “Zirə” isə Gürcüstanın “Torpedo” komandasını (hər iki matçda 3:0) məğlub etdi.
Beləliklə, bu, Azərbaycan futbolunun tarixində avrokubokların bir mərhələsində qazanılan ən çox qələbə sayı oldu. Buna qədər ən yaxşı göstərici 2017-2018-ci illər mövsümündə qeydə alınmışdı. Həmin vaxt Azərbaycan təmsilçiləri bir yox, iki raundda ümumilikdə 6 qalibiyyət əldə etmişdilər. 

Qələbə sayında və...

İkinci mərhələyə də uğurlu başladıq. "Sabah" ilk oyunda Finlandiya "KuPS"-unu evdə 1:0 hesabı ilə yenməklə, bu mövsümkü qələbə seriyasını 7-yə çatdırdı. İlk büdrəyən komanda isə "Neftçi" oldu. "Ağ-qaralar" "Dinamo Minsk" ilə ev oyununa fırtına kimi başlamasına baxmayaraq, meydandan 2:4 məğlub ayrıldılar. Ümumilikdə isə 2-ci mərhələdəki 8 görüşdə 3 qələbə, 3 heç-heçə və 2 yenilgi qeydə alındı. 
İki mərhələnin yekununa baxsaq, 4 təmsilçimiz keçirdikləri 14 oyunda 9 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb. Zəfərin 4-nün "Sabah"ın payına düşdüyünü vurğulayaq.


Yeri gəlmişkən, ötən mövsümü yada salsaq, "Qarabağ", "Sabah", "Zirə" və "Araz-Naxçıvan" ilk 14 oyunda (təmsilçilərimizdən 3-ü mübarizəyə 2-ci mərhələdən qoşulduğu üçün 14 sayını 3-cü mərhələnin ardıcıl görüşləri ilə hesaba almışıq) 7 qələbə, 3 bərabərlik və 4 yenilgi qeydə alınmışdı. 

...reytinqdə rekord qeydə alınıb

Təbii ki, qələbə sayının çox olması reytinqə də təsirsiz ötüşməyib. Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2.625 əmsal qazandırıb. Bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir. İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2.250 əmsala bərabər olub.
Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1.000, “Qarabağ” 0.750, “Zirə” 0.625, “Neftçi” isə 0.250 əmsal əldə edib.

Hədəf: Liqa mərhələsinə iki klubla 

Ötən mövsümün müsbət tərəfi o idi ki, 4 avrokubok təmsilçimizdən üçü - "Qarabağ" (ÇL-də), "Sabah" (AL-də mübarizəni dayandırıb KL-də) və "Araz-Naxçıvan" ("Aris" səddini 2:1 və 2:2-lik nəticələrlə keçərək KL-də) 3-cü mərhələdə iştirak etmişdi. Bu dəfə isə yola 2 komanda - "Sabah" və "Qarabağ"la davam edəcəyik. 
Valdas Dambrauskasın baş məşqçisi olduğu bakılılar artıq Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib. Ancaq "bayquşlar"ın hədəfi ÇL-də, bu mümkün olmasa, AL-də eyni uğura imza atmaqdır. "Sabah"ın ÇL-in 3-cü təsnifat mərhələsindəki rəqibi Danimarkanın "Orhus" komandası olacaq. Tərəflər arasında ilk görüş 5 avqustda, Bakı vaxtı ilə saat 20:30-da səfərdə baş tutacaq. İkinci oyun isə 11 avqustda (saat 20:00) Bakıda reallaşacaq. Azərbaycan çempionu danimarkalıları mübarizədən kənarlaşdıracağı halda, pley-offa adlamaqla yanaşı, AL-in əsas mərhələsinə vəsiqəni təmin etmiş olacaq.


"Qarabağ"a gəlincə, mübarizəni Konfrans Liqasında davam etdirəcək "köhlənlər"in bu turnirin 3-cü təsnifat mərhələsindəki rəqibi Kiyev "Dinamo"su olacaq. Qurban Qurbanovun komandasının Ukrayna nəhəngi ilə ilk oyunu 6 avqustda, "Dinamo"nun ev oyunlarını keçirdiyi neytral meydanda - Polşada baş tutacaq və saat 21:00-da başlayacaq. Həlledici qarşılaşma isə 13 avqustda, saat 20:00-da Bakıda olacaq. Kiyev komandası AL-in ilk mərhələsində Rumıniyanın "Universitatya Kluj"unu (0:0, 0:0, penaltilərlə 4:2) mübarizədən kənarlaşdırsa da, 2-ci raundda PAOK (Yunanıstan) ilə bacarmayaraq (2:3, 0:2) KL-ə yuvarlanıb.
"Qarabağ"ın işini çətinləşdirən daha bir məqam komandanın "ÇSKA Sofiya" ilə son görüşdə hədsuz güc itirməsi və zədələrə məruz qalmasıdır. Hücumçu Zakariya Savo və Bədavi Hüseynov Bolqarıstanda xəsarət alaraq oyunu davam etdirə bilmədilər. Xüsusilə isveçli forvardın durumu ağır görünür. 
Buna baxmayaraq, "Qarabağ"ın da Liqa mərhələsinə yüksələcəyinə inanıdır. Belədə mövsümü uğurlu tamamlamış olarıq. Axı ötən tsiklin sonunda klublarımız (əsasən də "Qarabağ") UEFA reytinqində 5.812 əmsal qazanmışdı. Hazırda bu qazancın heç yarısı toplanmayıb. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Sentyabr 2026
16:18

"Turan Tovuz"un məşqlərini nə vaxt bərpa edəcəyi bilindi

16:00

"Atletiko" "Real Madrid"in cavabını verdi: "Onların lehinə hakim qərarlarını sadalasaq, meşədə ağac qalmaz"

15:41

Maksimovlu "Araz-Naxçıvan" "İmişli" və "Neftçi" ilə sınaq matçlarına çıxacaq

15:22

"Qəbələ" Yaponiya millisi ilə üz-üzə gələcək

15:04

"İki komanda ilə yoldaşlıq görüşümüz olacaq" - Samir Ələkbərov

14:45

"Karvan-Yevlax" Premyer Liqa komandası ilə sınaq matçına çıxacaq

14:27

Tanınmış mütəxəssis yubileyinə hazırlaşır - Bu məkanda baş tutacaq

14:08

"Turan Tovuz" - "Fənərbağça" oyununa nə qədər bilet satılıb? - SON DURUM

13:50

"Araz-Naxçıvan" yeni baş məşqçisini bu gün açıqlayacaq - Müqavilə müddəti bəllidir

13:31

Silvestrə təhqiri bağışlamadılar, "İmişli" böyük məbləğdə cərimələndi

13:12

Mbappe Zidanın məşqində iştirak etmədi

12:53

500 gündür kənarda idi, yaşıl meydana dönür

12:34

Valverde zədələndi - Nə vaxt sıraya dönəcək?

12:15

"Bayern Münhen" dünyanın ən bahalı futbolçusuna göz dikib

11:56

"12 gün ərzində 4 oyun keçirmək yüksək fiziki hazırlıq tələb edir" - Şahin Diniyev

11:37

"Real Madrid" onun istefasını istəyir

11:08

"Millimizdən qələbə gözləyirik" - Arif Əsədov

10:49

Xankəndi stadionunda təmir işlərinin nə vaxt başa çatacağı bilindi

10:30

Azərbaycan klubu ev oyunlarını daha Şamaxıda keçirməyəcək

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Neftçi" rəqiblərinə çətin anlar yaşadacaq" - Aslan Kərimov

09:25

"Anam ora getməyimi istəyirdi" - Kilian Mbappe

09:00

Azərbaycan millisi Tacikistanla qarşılaşır

01:37

"Neftçi"nin "qol silahı"na bu klublar elçi düşdü

22 Sentyabr 2026
23:55

"Qalatasaray"dan ilin transfer bombası

22:44

"Naxçıvan" klubu ABŞ-li basketbolçu Ceremi Hayesi heyətinə qatdı

22:12

Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub

21:53

Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək

21:10

Rafinya - Yamal tandemindən inanılmaz rekord

20:28

Oleq Kojenets "Naxçıvan"da

20:11

"Mahir Emrelini tərifləyəndə çox sevindim" - Ayxan Abbasov

19:40

"Hər oyuna eyni qaydada hazırlaşıram" - Rəhman Daşdəmirov

19:14

"Gəncəbasar" Azərbaycanın U-19 millisi və Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq

18:41

Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olundu

18:11

Tacikistan millisinin baş məşqçisi Azərbaycanla matçdan öncə nə danışdı?

17:41

"Xankəndi" klubda baş məşqçi dəyişikliyi ilə açıqlama yaydı

17:34

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşdülər

17:16

MOİK fasilə dönəmində 2 yoxlama oyunu keçirəcək

16:58

"Kristal Pelas"ın futbolçusu İngiltərə nəhənginə keçməyə yaxındır

16:40

"Bu sıraya "Gəncəbasar"ı da daxil etmək mümkündür" - Röyal Nəcəfov

Facebookdan bizi izləməyi unutmayın.
X