
Braziliyalı ulduz Neymar yenidən qalmaqalla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "AS" yayıb.
Mənbənin məlumatına görə, "Santos" və "Remo" komandaları arasında keçirilən "Copa Libertadores" matçından görüntülər geniş yayılıb. 34 yaşlı vinger azarkeşlərlə, rəqib oyunçularla və hətta klub prezidenti və idarə heyəti üzvləri ilə mübahisə edib.
Ümumiyyətlə, Neymar "Evandro Almeida" stadionunda yaxşı qarşılanmayıb. Oyun başlamazdan əvvəl belə, tribunadakı azarkeşlər ona təhqiramiz sözlər deyiblər. O, matça əsas heyətdə başlamayıb və fasilədən sonra meydana daxil olub. Cəmi 28 dəqiqə ərzində təsirini göstərərək, "Santos"a minimal hesablı qələbə qazandıran qolda Roniyə məhsuldar ötürmə edib. Bu, gərginliyi daha da artırıb. Neymar meydannı tərk edərkən tribunaya "öpüş" göndərib.
Ən gərgin an oyun bitdikdən sonra tuneldə yaşanıb. Brazilyalı özündən çıxıb və rəqib oyunçulara qışqırmağa başlayıb, onlara "Siz məğlubsunuz, məğlubsunuz!" deyib.
Neymarın davranışına "Santos" klubu dərhal reaksiya verib. Klub prezidenti Antonio Karlos Teşeyra futbolçunu sərt və qətiyyətli şəkildə tənqid edib:
"Santos"un buna ehtiyacı yoxdur. Bir qrup uşağın xəyalı olan o xuliqan təlxək kimi davrandı, sonra da gəlib bizi təhrik etdi. Onun kimi xuliqanları kumirə çevirdiyimiz üçün günahkar bizik!" – deyə o, mətbuat nümayəndələrinə açıqlamasında bildirib.
Əlisahib İbrahimli