
"Qalatsaray" portuqaliyalı futbolçu Rafael Leau ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Nevzat Dindar yayıb.
Leau ilə şəxsi məsələlərdə razılığa gəlinib. Oyunçu İstanbul nəhənginə gəlmək istəyir.
"Cimbom" "Milan" ilə danışıqlarda son mərhələyə çatıb. İtaliya klubu da problem yaratmasa, "sarı-qrımızılar" vingeri heyətinə qatacaq.
"Qalatasaray" avqustun 8-nə qədər bütün imzaların atılmasını planlaşdırır.
Türkiyə təmsilçisi "Vilyareal" ilə matçöncəsi ən az bir, mümkün olduqda isə 2 transferi bitirəcək. Siyahıda Leaudan savayı, Can Uzun, Aleksey Batrakov və Rodriqo Moranın adları yer alıb.
Can məsələsində irəlləyişlər var. Digər iki oyunçulardan biri yeni "futbol ili"ndə "Qalatasaray" forması geyinməyi gözlənilir.
Rafael Leau ötən mövsüm 31 matça çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli