
"Beşiktaş"ın müdafiəçisi Feliks Udokayini İspaniya klubu istəyib.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli jurnalist Ertan Süzgün yayıb.
Məlumata görə, almaniyalı futbolçunu "Espanyol" heyətinə qatmağa hazırlaşır.
Oyunçu ilə Bundesliqa klubları da maraqlanıb.
Türkiyə təmsilçisinin hansı qərarı verəcəyi bəlli deyil.
28 yaşlı müdafiəçi "qara qartallar"da 22 matça çıxıb.
Əlisahib İbrahimli