
"Qalatasaray" "Vilyarreal"ın müdafiəçisi Renatu Veyqanı heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli jurnalist Ertan Süzgün yayıb.
İstanbul nəhəngi 23 yaşlı oyunçunu transfer siyahısına əlavə edib.
Futbolçunun alınmasında əsas məqsəd arxa xəttin ləngliyini aradan qaldırmaqdır. "Aslanlar"ın baş məşqçisi Okan Buruk bu çatışmazlığı əsas problemlərdən biri saydığı üçün sürətli oyunçu axtarır.
“Transfermarkt” portalı Renatunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Ötən mövsüm İspaniya təmsilçisinin heyətində 42 matçda meydanda olan portuqaliyalı müdafiəçi 1 qol ilə yadda qalıb. Onun "Vilyarreal"ın La liqada 3-cü yeri tutmasında böyük rol oynayıb.
Əlisahib İbrahimli