
İtaliya millisinin əfsanəsi Paolo Maldini Pep Qvardiolanın İtaliya millisini çalışdırmaq təklifini qəbul etməyə nə qədər yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 55 yaşlı mütəxəssisə ötən ay İtaliya Federasiyasından Cennaro Qattuzonun istefasından sonra təklif ünvanlanıb.
Maldini "Corriere della Sera"-ya müsahibəsində kataloniyalı mütəxəssislə danışıqların detallarından danışıb:
"O, milli komandaya məşqçilik etmək istədiyini dostlarından birinə bildirmişdi. Biz onunla Barselonada görüşməyə getdik, birlikdə nahar etdik, bütün günü söhbət etdik. O, çox həvəsli idi. Qəbul etməyə çox yaxın idi. Qvardiola ilə birlikdə 17 yaşadək futbolçulardan tutmuş yuxarıya doğru heyətləri araşdırdıq. O, hətta kağız vərəqlərinə heyətləri də yazmağa başladı. Qvardiolanın keçidinin alınmaması pul amili ilə bağlı deyildi. Pul heç vaxt problem olmayıb. O, hətta belə ifadə işlətdi: "Mənə milli komandanın son məşqçisinin qazandığından bir avro az verin və mən hazıram. Ancaq son anda təklifi qəbul etmədi. O, Premyer Liqada keçirdiyi 10 yorucu ildən sonra yorğun idi. Belindən əməliyyat keçirib. İstirahət etmək istəyir".
Maldini Andrea Pirlonu işə götürməmək qərarına qarşı çıxdığı üçün texniki direktor vəzifəsindən istefa verib. Yaranan xaosda Roberto Mançini İtaliya millisinə qayıdıb.
Mirağa