
"Yuventus"dan ayrılmağa hazırlaşan Duşan Vlahoviç "Beşiktaş"a mümkün keçidi ilə bağlı müsbət siqnallar verməyə başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Məlumata görə, mümkün qədər tez yaşıl meydanlara qayıtmaq istəyən serbiyalı hücumçu "Beşiktaş"ın təklifini nəzərdən keçirməyə başlayıb.
"Qara qartallar" hazırda 26 yaşlı hücumçu üçün ən yüksək təklifi irəli sürüb. Tərəflər arasında danışıqlar davam edir.
"Ağ-qaralar"ın baş məşqçisi və hücumçunun keçmiş çalışdırıcısı Vinçenzo İtalyano forvardı İstanbula gətirmək üçün ciddi səylər göstərir.
İstanbul təmsilçisinin rəhbərliyi razılaşma üçün zəmin yaratmaq məqsədilə Vlahoviçin atası Miloş və futbolçunun agentləri ilə danışıqları davam etdirir.
Türkiyə nəhəngi illik 10 milyon avro maaş və dörd illik müqavilə, eləcə də təxminən bir illik maaşa bərabər imza pulu təklif edir. Bundan əlavə bonuslar da nəzərdə tutulub.
Duşan Vlahoviç 2025/26 mövsümündə "Yuventus"un heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli