
"Qalatasaray" forvard transferi isqamətində səylərini davam etdirir.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Reyncers"də çıxış edən Yussef Şermitini heyətinə qatmaq üçün hərəkətə keçib.
Məlumata görə, Şotlandiya klubuna göndərilən 25 milyon avroluq təklifə rədd cavabı verilib.
"Qalatasaray" rəhbərliyi portuqaliyalı futbolçu üçün yeni təklif hazırlayır. Bununla belə, Şermitinin liqa matçında zədə alması səbəbindən təklifin yenidən nəzərdən keçiriləcəyi qeyd olunur.
"Reyncers" gənc hücumçunun transferindən 40 milyon avro gəlir əldə etmək istəyir.
22 yaşlı hücumçu ötən mövsüm Şotlandiya təmsilçisinin heyətində 41 matça çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli