
"Cəbrayıl"ın xələfi "Gəncəbasar" heyətini gücləndirməkdə davam edir.
Bu barədə Fanat.Az-a məlumat verən komandanın baş məşqçisi Elhad Nəziri yeni transferlərindən danışıb:
"Gənclər millimizin üzvü olan, ötən mövsüm "Şamaxı"da çıxış edən qapıçı Səlim Həşimov bundan sonra "Gəncəbasar"ın uğurları üçün mübarizə aparacaq. Ondan başqa, "Səbail"dən Tuqay Əlizadə, MOİK-dən Samir Məhərrəmli, "Cəbrayıl"dan Dinyamin Bağırov, "Difai"dən Emin Məcidli, "Zaqatala"dan Mahir Həsənovu, "Karvan-Yevlax"dan Əli Abdullayevi heyətə cəlb etmişik. Çalışmalarımız davam edəcək. Heyətə 2 legioner də dəvət etməyi düşünürük. Razılaşa bilsək, gələn həftə onlar düşərgəmizə təşrif buyuracaqlar. Qarşıya Premyer Liqaya vəsiqə aparacaq gücdə kollektiv formalaşdırmaq tapşırığı qoyulub. Addım-addım hədəfə doğru irəliləyəcəyik".
Xatırladaq ki, Səlim Həşimov "Şəfa"nın baş məşqçisi Zaur Həşimovun oğludur.
Qeyd edək ki, 1-ci Liqada çıxış edən "Cəbrayıl"ın adı dəyişdirilib. Sözügedən komanda bundan sonra "Gəncəbasar" adı altında mübarizə aparacaq.
Mirağa