
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Polşada baş tutan ilk oyununda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edən Kiyev "Dinamo"su sabah Ağdam təmsilçisi ilə cavab matçına çıxacaq. Bakıdakı dueldən öncə təşkil olunan ənənəvi mətbuat konfransına qonaqların 20 yaşlı hücumçusu Matviy Ponomarenko da qatılıb.
Gənc forvard Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi konfransda belə danışlb:
"Biz oyuna ciddi şəkildə hazırlaşırıq. Əsas hədıfimiz qələbə qazanmaqdır. "Qarabağ" çox güclü komandadır. Oyunlarını izləmişik. Çətin olacaq, amma bizi maraqlı oyun gözləyir".
Əlisahib İbrahimli