
Bu gün Qəbələdə "İmişli"ni qəbul edəcək "Araz-Naxçıvan" Premyer Liqanın ilk matçına itki ilə çıxacaq.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yarımmüdafiəçi Şarl Boli bugünkü matçda iştirak etməyəcək.
Böyük ehtimalla, baş məşqçi Cavid Hüseynov təlim-məşq toplanışında xəsarət alan vingerin xidmətindən növbəti turda da yararlana bilməyəcək.
"Araz-Naxçvan" - "İmişli" qarşılaşması avqustun 15-də baş tutacaq. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək.
Mirağa