
"İnter" sağ cinah müdafiəçisi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, "Tottenhem"dən Ced Spensi transfer edilib.
İnformasiyanı Milan klubunun mətbuat xidməti yayıb.
"Qara-göylər" ingiltərəli futbolçu üçün London təmsilçisinə 30 milyon avro təzminat ödəyib.
26 yaşlı sağ cinah müdafiəçisi ilə müddəti 2031-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərə millisinin üzvü olan Ced 2025/26 mövsümündə "mahmızlar"ın heyətində 44 rəsmi matça çıxıb.
Əlisahib İbrahimli