
Mauro İkardinin gedişi ilə yaranan boşluğu doldurmaq üçün hücumçu axtarışlarını davam etdirən "Qalatasaray"da Aleksandr Sörlot potensial hədəflərdən biri kimi önə çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Mənbənin məlumatına görə, ilkin danışıqlardan sonra Sörlot "Qalatasaray"la bağlı qərarını verib. Transfer bazarında indiyədək nisbətən passiv qalan İstanbul nəhəngi, "Çorum FK" ilə heç-heçədən və azarkeşlərin artan narazılığından sonra səylərini əhəmiyyətli dərəcədə artırıb.
"Sarı-qırmızılar"ın rəhbərliyi "Atletiko Madrid"dən ayrılmaq istəyən Sörlotla ilkin əlaqə yaradıb və futbolçudan müsbət cavab alıb. Klub prezidenti Dursun Özbəkin də təsdiqlədiyi plana əsasən, təcrübəli forvardın gələn həftə İstanbula gətirilməsi nəzərdə tutulur.
İspaniya klubu Sörlot üçün 40 milyon avro tələb edir. Aleksandrın transferi baş tutmasa, "cim-bom" diqqətini "Bayer Leverkuzen"in futbolçusu Patrik Şikə yönəltməyə hazırdır.
Əlisahib İbrahimli