
“Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu sosial şəbəkə hesabında ("İnstagram") fransalı futbolçu ilə vidalaşıb.
Cəfərquliyev Zubirin fotosunu paylaşaraq ingiliscə yazıb:
“Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram”.
Cəfərquliyev Azərbaycan dilində bu qeydləri də edib: “Gözüm səni axtaracaq”.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.