
"Yuventus" heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun mətbuat xidməti yayıb.
İtaliya nəhəngi Kolumbiya millisinin mərkəz müdafiəçisi Con Lukumi ilə müqavilə imzalayıb.
28 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müddətə anlaşma əldə olunub. Müdafiəçinin məxsus olduğu "Bolonya" ilə müqavilənin dəyərinin 20 milyon avro olduğu bildirilir.
Lukumi ötən mövsüm "Bolonya" forması ilə bütün turnirlərdə 43 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa