
"Neftçi" ilə yollarını ayıran İmad Farajın yeni ünvanı Tunis nəhəngi "Esperans" oldu.
Bəs "Neftçi"dən ayrılan futbolçunun qısa zamanda Tunis giqantına transferi necə gerçəkləşdi?
Fanat.Az xəbər verir ki, bu keçidin reallaşmasında əsas rolu ‘Innova Sports Management’ şirkətinin yunanıstanlı futbol agenti Panagiotis Panoutsopoulos oynayıb.
Paytaxt klubundan ayrıldıqdan sonra 27 yaşlı vinger üçün Avropa və ərəb klubları ilə danışıqlar aparılıb.
Yunanıstanlı menecerin geniş əlaqələri sayəsində "Esperans" rəhbərliyi ilə masaya əyləşilib və tərəflər qısa müddətdə ortaq məxrəcə gəliblər. Bütün şərtləri razılaşdıran agent Faraj üçün Tunis klubunda 3 illik uzunmüddətli müqavilə və sərfəli maliyyə şərtləri təmin edərək transferə son nöqtəni qoyub.
Kamil Xudiyev