
"Beşiktaş" sağ cinah hücumçusu transfer etmək istiqamətində səylərini sürətləndirib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" "Benfika"dan Dodi Lukebakionu heyətinə qatmaqda maraqlıdır.
İnformasiyanı "A Spor" yayıb.
Məlumata görə, İstanbul klubu belçikalı futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir və bu istiqamətdə Portuqaliya təmsilçisi ilə danışıqları intensivləşdirib.
"Qırmızılar" isə vingerin klubu tərk edəcəyi təqdirdə, onun tam transfer olunmasına üstünlük verir.
Baş məşqçi Vinçentso İtalianonun heyətdə görməyi çox istədiyi Lukebakio ilə bağlı danışıqların bu həftə yekunlaşması gözlənilir. 28 yaşlı sağ cinah hücumçusu cari mövsümdə Portuqaliya klubunun heyətində 3 oyuna çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürməyə imza atıb.
Lukebakionun "Benfika" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir və “Transfermarkt” portalı onun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Əlisahib İbrahimli