
"Qalatasaray"ın da maraq göstərməsindən sonra "Mançester Yunayted" kapitanı Brunu Fernandeş ilə yeni müqavilə barədə danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Məlumata görə, "sarı-qırmızılar" 31 yaşlı futbolçuya illik 20 milyon avro maaş təklif edib, lakin bildirilir ki, Fernandeş karyerasını "qırmızı şeytanlar"da davam etdirmək istəyir.
"Mançester Yunayted" rəhbərliyinin portuqaliyalı ulduzu satmaq niyyəti yoxdur. İngiltərə klubu yarımmüdafiəçini heyət planlamasının əsas hissəsi hesab edirlər və onunla yeni müqavilə üzrə danışıqları davam etdirirlər.
Fernandeşin "Mançester Yunayted"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir və onun daha bir il uzadılması nəzərdə tutulur.
Əlisahib İbrahimli