
Misli Premyer Liqasında 1-ci tura yekun vurulub. Açılış turunun 6 oyununda cəmi 13 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 2,17 qol deməkdir.
Fanat.Az-ın hesablamasına görə, turda vurulan 13 qoldan altısında 5 futbolçunun adı məhsuldar ötürmə müəllifi kimi qeyd olunub. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb.
Karyerasını "Neftçi"də davam etdirmək variantı son anda baş tutan, bu üzdən komandaya gec qoşulan Freddi Varqas 2 məhsuldar ötürmə ilə diqqət çəkib.
Beləliklə, venesuelalı yarımmüdafiəçi ilk turdan assistlərin mübarizəsində liderliyi ələ alıb.
1. Freddi Varqas (Neftçi) - 2
2. Emin Mahmudov (Neftçi) - 1
3. Dioqu Balau (Turan Tovuz) - 1
4. Ayxan Hüseynov (Zirə) - 1
5. Ruan Renato (Zirə) - 1
1-ci turda assistentlik edən futbolçular:
1-ci tur
"Turan Tovuz" - "Qəbələ": Dioqu Balau ("Turan Tovuz")
"Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi")
"Sumqayıt" - "Neftçi": Freddi Vaqras ("Neftçi") - 2
"Zirə" - "Şəfa": Ayxan Hüseynov ("Zirə")
"Zirə" - "Şəfa": Ruan Renato ("Zirə")