
"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını İngiltərənin başqa təmsilçisində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Get Football News France" yayıb.
Məlumata görə, "Kristal Pelas" onunla müqavilə imzalayıb. İcarə müqaviləsində satınalma seçimi olmayacaq.
Disasi ötən mövsümün ikinci yarısında "Vest Hem"də icarə əsasında oynayıb. Fransız mərkəz müdafiəçisi 17 oyuna çıxaraq 1 qol vurub. 2024/25 mövsümündə isə o, "Aston Villa"da icarə əsasında oynayıb.
"Kristal Palas" ötən Premyer Liqa mövsümündə 15-ci yeri tutub. Bununla belə, komanda Konfrans Liqasını qazanıb və gələn mövsüm Avropa Liqasının əsas mərhələsində təmsil olunacaqlar.
Pyer Sajanın komandası İngiltərə çempionatının yeni mövsümünün ilk turu çərçivəsində avqustun 22-də "Everton"la qarşılaşacaq.
Mirağa