
“Neftçi”dən ayrılan Vensan Abubakarın komandası bəlli olub.
Fanat.Az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
34 yaşlı oyunçu “Bodrumspor”la anlaşıb. Forvard ilə 1+1 illik müqavilə imzalanıb.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan futbolçu “ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.
Əlisahib İbrahimli