
“Trabzonspor”un futbolçusu Məhəmməd Salahın yaşayacağı küçənin adının dəyişdirilməsi planlaşdırılır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Hürriyet" yayıb.
Misir millisinin ulduzu Trabzonun Yomra rayonunun Kaşüstü məhəlləsində yaşayacaq.
Futbolçunun qalacağı evdə hazırda təmir işləri aparılır. İşlərin qısa müddətdə başa çatdırılması və Salahın yaxın vaxtlarda yeni evinə köçməsi gözlənilir. Yomra Bələdiyyəsinin sədri Mustafa Bıyıkın təklifi ilə futbolçunun yaşayacağı evin yerləşdiyi küçəyə “Məhəmməd Salah küçəsi” adının verilməsi nəzərdə tutulur.
Mustafa Bıyık bildirib ki, Salah təkcə “Trabzonspor” tarixinin deyil, Türkiyə futbol tarixinin də ən önəmli transferlərindən biridir.
Küçənin adının “Məhəmməd Salah küçəsi” olaraq dəyişdirilməsi ilə bağlı qərarın bu həftə bələdiyyə məclisində qəbul ediləcəyi və ad dəyişikliyi prosesinin başa çatdırılacağı gözlənilir.
Əlisahib İbrahimli