
"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik karyerasını İngiltərənin digər klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Tottenhem" onun keçidini rəsmiləşdirib.

Ukraynalı cinah oyunçusu Londonun digər rəmsilçisinə icarə əsasında keçib. 25 yaşlı ukraynalı yenidən Roberto De Zerbinin rəhbərliyi altında çıxış edəcək. O, italyan məşqçi ilə "Şaxtyor"da oynadığı dövrdən tanışdır.
İcarə müqaviləsində mövsümün sonunda oyunçunu almaq seçimi də var. Britaniya mediasının məlumatına görə, opsionun məbləği 75 milyon funt-sterlinqdir.
Mudrik 2024-cü ilin noyabr ayından bəri "Çelsi"də rəsmi oyuna çıxmayıb. Dopinq məsələsi həll edildikdən sonra ona məşqlərə və oyunlara qayıtmaq imkanı verilib.
Ukraynalı futbolçu 2023-cü ilin yanvarında "Şaxtyor"dan "Çelsi"yə keçib. O, London klubunda 73 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.