
Misli Premyer Liqasında 3-cü tur geridə qalıb. Cari mövsüm daha iki hakim elitada oyuna çıxıb. Elçin Məsiyev "Zirə" - "Neftçi" matçına, Nicat İsmayıllı isə "Qəbələ" - "Şamaxı" qarşılaşmasına təyinat alıb.
Beləliklə, keçirilən 16 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 12 referi iş başında olub. Elita üçün təsdiqlənən 15 ədalət təmsilçisindən Cavid Cəlilov, Kamranbəy Rəhimov və Vüqar Həsənliyə hələ debüt şansı verilməyib.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Kamal Umudlu, Fərid Hacıyev, Rəvan Həmzəzadə, Tural Qurbanov və Nicat İsmayıllı oyun idarə edib.
Fərid, Kamal, Rəvan və Turalın yenə təyinat alması lider mövqeyində dördhakimiyyətliyə şərait yaradıb. Adıçəkilən hakimlər 3 tur ərzində 2 dəfə oyunlara ezam olunublar.
Bu turda 2 futbolçu qırmızı vərəqə alıb. Elçin Məsiyev "Neftçi"nin müdafiəçisi Elvin Bədəlovu ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırıb. Fərid Hacıyev isə Kadiyə "qırmızı" göstərməklə "Qarabağ"ı "Sumqayıt"la oyunda azlıqda qoyub.
"Sarı"lara gəlincə, hakimlər 17 vərəqədən istifadə ediblər. Onlardan 9-u meydan sahiblərinə, 8-si isə qonaq komandanın oyunçularına göstərilib. İlk 3 tur ərzində müvafiq göstərici belədir: 25 sarı (1 qırmızı) - 33 sarı (2 qırmızı).
Beləliklə, 3 turun yekununda sarı vərəqə sayı 58-ə çatıb. Eyni zamanda, artıq 3 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 61-ə bərabər olub. Bu da orta hesabla hər turda 20,3, hər oyunda 3,8 vərəqə deməkdir.
Üç tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 12 vərəqədən istifadə edib ki, bunun 1-nin rəngi qırmızı olub. Onu 7 vərəqədən (1-i qırmızı) yararlanan Fərid Hacıyev təqib edir.
Kamal Umudlu - 2 oyun
meydan sahibi 6 sarı 1 qırmızı
qonaqlar 5 0
cəmi: 11 1
Fərid Hacıyev - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 3 1
cəmi: 6 1
Elçin Məsiyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 3 1
cəmi: 5 1
Əli Əliyev - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 5 0
cəmi: 6 0
Rəşad Əhmədov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Elvin Bayramov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
İnqilab Məmmədov - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 3 0
cəmi: 4 0
Əliyar Ağayev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Rəvan Həmzəzadə - 2 oyun
meydan sahibi 0 0
qonaqlar 4 0
cəmi: 4 0
Tural Qurbanov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 1 0
cəmi: 4 0
Rauf Cabarov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 1 0
cəmi: 3 0
Nicat İsmayıllı - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 2 0
cəmi: 3 0
Mirağa