
“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Vültemadı rənglərinə bağlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliya klubunun mətbuat xidməti yayıb.
Almaniyalı oyunçu mövsümün sonuna qədər icarə əsasıda Turin təmsilçisinin şərəfini qoruyacaq.
24 yaşlı Vültemad bir il əvvəl “Ştutqart”dan 75 milyon avroya “Nyukasl”a keçib.
O, “sağsağanlar”ın heyətində 53 oyuna çıxaraq, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.