
"Qarabağ"ın və Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev ağır zədəsini geridə qoymaq üçün cərrah masasına yatıb.
Fanat.Az xəbər verir ki, sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərindən ciddi xəsarət alan futbolçu Finlandiyanın Turku şəhərində uğurla əməliyyat olunub.
Onu dünya futbolunun məşhur ulduzlarını (Osman Dembele, Ris Ceyms, Ronald Arauxo və s.) əməliyyat edən tanınmış idman ortopedi Lasse Lempainen müalicə edib.
Həkim əməliyyatın çox uğurlu keçdiyini və Elvinin tezliklə xüsusi bərpa proqramına başlayacağını bildirib.
Qeyd edək ki, Lasse “Barselona”, “Atletiko Madrid”, “Milan”, “Yuventus” və “Roma” kimi Avropanın aparıcı klubları ilə əməkdaşlıq edib, futbolçuların ağır əzələ və vətər zədələri ilə bağlı mürəkkəb əməliyyatlarında iştirak edib.
Kamil Xudiyev