
Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko sosial şəbəkə hesablarında milli komandadakı karyerasını başa vuracağını deyib.
Fanat.Az xəbər verir ki, hücumçu oktyabrın 2-də İsveçə qarşı keçiriləcək Millətlər Liqasının oyununda milli komanda ilə sonuncu dəfə meydana çıxacaq.
Qeyd edək ki, 40 yaşlı Edin milli komandada 151 rəsmi oyun keçirib.
Ulduz futbolçu əvvəllər "Mançester Siti", "İnter", "Roma", "Fənərbağça" kimi klubların formasını geyinib.
Əlisahib İbrahimli