
Azərbaycan Futzal Federasiyası fəaliyyətini dondurub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb AFFA-nın tərkibində yeni futzal və çimərlik futbolu departamentinin yaradılması və qurumun indiyə qədərki fəaliyyət sahəsinə nəzarəti ələ alması olub.
Faktiki "ofsayd"da qalan federasiyanın əməkdaşları da hələlik işsiz qalıblar. Departament özünün yeni komandasını formalaşdırır. Yeni quruma Fərid Babayev başçılıq edəcək. Daha doğrusu, bu sahədə yeni olan Babayev artıq fəaliyyətə başlayıb. O, bu gün futzal üzrə Yüksək Liqa klublarının rəhbərləri ilə görüş keçirib, qarşıdakı mövsümü müzakirə edib. Qərara alınıb ki, çempionatın yeni mövsümünə noyabrdan sonra - millinin rəsmi oyunlarını başa vurmasının ardından start verilsin.
Qeyd edək ki, Azərbaycan Futzal Federasiyası 1998-ci ildə yaradılıb. Qrumun ilk prezidenti mərhum Ağarza Rzayev olub. 2008-ci ildən indiyə qədər onu Zaur Axundov əvəz edib.
Mirağa