
Braziliyanın "Santos" klubu ulduz hücumçusu Neymarın ciddi zədələndiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçuya sağ bud əzələsinin zədəsi diaqnozu qoyulduğu bildirilib.
"Globo"-nun məlumatına görə, bu tip zədənin sağalma müddəti dörd-səkkiz həftə çəkir.
Hücumçu sentyabrın 2-də Braziliya Kubokunun 1/4 finalının "Palmeiras"a qarşı (0:0) cavab matçında narahatlıq hiss etmiş və ilk hissədən sonra əvəzlənmişdi.
Neymar bu mövsüm "Santos" un heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa