
PSJ baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi təcrübəli mütəxəssislə yeni müqavilə imzalayıb.
Enrike 2030-cu ilədək komandada çalışacaq.
Paris klubu 5 futbolçusu ilə də yeni müqavilə bağlayıb. Vilyan Paço, Lukas Beraldo, Joau Neveş və Sanni Mayulu 2031-ci ilədək PSJ-də qalacaqlar.
Fabian Ruisin yeni müqaviləsi isə 2028-ci ilədək nəzərdə tutulub.
Əlisahib İbrahimli