
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu La Liqanın 4-cü turunun açılış oyununda "Betis"ə məğlub olduqları matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Marca" Portuqaliyalı mütəxəssisin fikirlərini belə çatdırıb:
"Matçın sonunda mübahisəli anlar? Hələ onları təkrar izləməmişəm, ona görə də şərh verə bilmərəm. Amma hakimliyə görə uduzduğumuzu deməzdim. Oyunu izlədikdən sonra fikrimi dəyişə bilərəm. Amma bu gün texniki zonadan gördüklərimə əsasən, niyə uduzduğumuzu başa düşmürəm. Komanda çox yaxşı oynadı və mənim kimisə şəxsən tənqid etmək üçün heç bir səbəbim yoxdur. Amma qələbəyə layiq olmaq xal qazandırmır. Heç-heçə üçün oynayan və bəxti gətirən "Betisi " təbrik edirəm".
Tərəflər Sevilya şəhərindəki "La Cartuja" stadionunda qarşılaşıblar. Madrid nəhəngi rəqibinə 0:1 hesabı ilə məğlub olub. Bu, Mourinyunun qayıdışından bəri ilk məğlubiyyətidir.
Mirağa