
Misli Premyer Liqasında 4-cü tura yekun vurulub. Cari mövsüm daha üç hakim elitada oyuna çıxıb. Cavid Cəlilov "Qarabağ" - "Araz-Naxçıvan", Kamranbəy Rəhimov "Turan Tovuz" - "Sumqayıt", Vüqar Həsənli isə "Kəpəz" - "Şamaxı" qarşılaşmasına təyinat alıb.
Beləliklə, keçirilən 22 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 15 referi iş başında olub. Başqa sözlə, elita üçün təsdiqlənən 15 ədalət təmsilçisinin hamısı debüt şansı qazanıb.
Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarlı, Cavid Cəlilov, Kamranbəy Rəhimov və Vüqar Həsənli oyun idarə edib.
Dörd turdan sonra təyinat sayı baxımından 7 hakim - Əliyar Ağayev, Kamal Umudlu, Tural Qurbanov, Rauf Cabarov, Fərid Hacıyev, Rəvan Həmzəzadə və İnqilab Məmmədov öndədir. Adıçəkilən hakimlər 2 dəfə oyunlara ezam olunublar.
Bu turda qırmızı vərəqə alan futbolçu olmayıb. "Sarı"lara gəlincə, hakimlər rekord sayda - 33 vərəqədən (orta hesabla hər oyuna 5,5) istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2 futbolçu meydandan qovulub.
Dördüncü turda göstərilən 33 sarı vərəqədən 17-si meydan sahiblərinə, 16-sı isə qonaq komandanın oyunçularına göstərilib. İlk 4 tur ərzində müvafiq göstərici belədir: 42 sarı (1 qırmızı) - 49 sarı (2 qırmızı).
Beləliklə, 4 turun yekununda sarı vərəqə sayı 91-ə çatıb. Nəticədə ümumi vərəqə sayı 94-ə bərabər olub. Bu da orta hesabla hər turda 23,5, hər oyunda təxminən 4,3 vərəqə deməkdir.
Dörd tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 12 vərəqədən istifadə edib ki, bunun 1-nin rəngi qırmızı olub. Onu bu tur ("Kəpəz" - "Şamaxı") 10 sarı vərəqədən yararlanan Vüqar Həsənli təqib edir.
Kamal Umudlu - 2 oyun
meydan sahibi 6 sarı 1 qırmızı
qonaqlar 5 0
cəmi: 11 1
Fərid Hacıyev - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 3 1
cəmi: 6 1
İnqilab Məmmədov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 4 0
cəmi: 7 0
Əliyar Ağayev - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 3 0
cəmi: 6 0
Rəvan Həmzəzadə - 2 oyun
meydan sahibi 0 0
qonaqlar 4 0
cəmi: 4 0
Tural Qurbanov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 1 0
cəmi: 4 0
Rauf Cabarov - 2 oyun
meydan sahibi 5 0
qonaqlar 4 0
cəmi: 9 0
Vüqar Həsənli - 1 oyun
meydan sahibi 6 0
qonaqlar 4 0
cəmi: 10 0
Kamranbəy Rəhimov - 1 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Elçin Məsiyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 3 1
cəmi: 5 1
Əli Əliyev - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 5 0
cəmi: 6 0
Cavid Cəlilov - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 3 0
cəmi: 4 0
Rəşad Əhmədov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Elvin Bayramov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Nicat İsmayıllı - 1 oyun
meydan sahibi 1 0
qonaqlar 2 0
cəmi: 3 0
Mirağa