
Ceydon Sanço üçün "Borussiya Dortmund"a qayıdacağı gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Keçmiş "Mançester Yunayted" və İngiltərə millisinin cinah oyunçusu Ceydon Sançonun yenidən Almaniya klubuna qayıtması ehtimalı ortaya çıxıb. Bu, vinger üçün "sarı-qaralar"a üçüncü qayıdış ola bilər.
Sancho "arılar"da əvvəlki dövründə xüsusilə parlaq çıxışları ilə diqqət çəkmişdi. Daha sonra "qırmızı-şeytanlar"a keçən futbolçu gözlənilən sabitliyi göstərə bilmədi və Almaniya klubunda yenidən icarə əsasında çıxış etdi.
İndi isə onun gələcəyi yenidən "Borussiya Dortmund"la əlaqələndirilir.
Əlisahib İbrahimli