
Türkiyənin "Antalyaspor" klubu baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı I Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Məlumata görə, təcrübəli mütəxəssis ilə 2026-cı ilin iyununda 1 illik müqavilə imzalamışdı. Lakin 6 qarşılaşmaya çıxan Korkmaz "Antalyaspor"da 2 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.
57 yaşlı çalışdırıcı 2009/2010 mövsümündə Azərbaycanda "Bakı" komandasının baş məşqçisi olub.
Bülent Korkmaz futbolçu kimi 1988/2005-ci illərdə "Qalatasaray"da çıxış edib.
Əlisahib İbrahimli