
Kilian Mbappe 2026-cı il "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu düşündüyünü açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.
"Bu il onu qazana biləcəyimi hiss edirəm və məhz buna görə də bu məqsəddən uzaqlaşmamışam”, - “Real Madrid”in fransalı ulduzu bildirib.
Kilian səsvermədə kimə səs verəcəyi ilə bağlı sualı da cavabsız qoymayıb: “Özümə, Mbappe-yə səs verərdim və düşünürəm ki, "Qızıl top"u qazanmağım sürpriz olmaz". Futbolçu bununla yanaşı, fərqli düşünən insanların fikirlərinə hörmət etdiyini də vurğulayıb.
Fransalı hücumçu hesab edir ki, "Qızıl top" fərdi mükafatdır və futbolçunun mövsüm ərzində göstərdiyi şəxsi performans əsas meyar olmalıdır. Mbappe dünya çempionatındakı göstəricilərini önə çəkərək, turnirin bombardiri olmaq və futbol tarixinin böyük adlarını geridə qoymağın ciddi nailiyyət olduğunu bildirib.
Əlisahib İbrahimli