
İstanbul nəhəngi "Qalatasaray" qış transfer dönəmində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, Türkiyə klubu əsas heyətdə az forma şansı qazanan bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
İnformasiyanı "Sözcü" yayıb.
"Sarı-qırmızılar"ın göndərməyi düşündüyü oyunçular arasında İlkay Gündoğan, Uilfrid Sinqo və Kaan Ayhan da var.
Mövsüm ərzində 35 yaşlı İlkay cəmi 2 oyunda, zədələr səbəbindən çətinlik yaşayan Sinqo 2 matçda forma geyinib. Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilməyən Kaan Ayhan isə yalnız 1 dəqiqə meydanda olub.
Əlisahib İbrahimli