
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Sanderlend”lə oyundan sonra hakim qərarından narazılığını bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Qarşılaşmanın ikinci hissəsində meydan sahiblərinin lehinə penalti təyin olunub. Lakin Enzo Le Fe zərbəni dəqiq yerinə yetirə bilməyib, David Raya topu dəf edib.
Arteta penalti qərarı ilə razılaşmayıb. İspaniyalı mütəxəssis hesab edir ki, epizod zamanı qayda pozuntusu “Arsenal”ın müdafiəçisi Ezri Konsanın tərəfindən olmayıb. O, qərarı bu səviyyəli futbol üçün qəbuledilməz adlandırıb.
Buna baxmayaraq, “Arsenal” oyundan üç xalla ayrılıb. Bruno Gimarayeş və Bukayo Sakanın qolları ilə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Bu nəticədən sonra London klubu Premyer Liqada ilk dörd turda 12 xal toplayıb.
Əlisahib İbrahimli