
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və eyni, fərdi səhvlərdən qol buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən qollar gördük. Bir növ özümüz özümüzə rəqibik. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq".