
Bu gün "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu əsas raunddakı ilk matçında səfərdə "Mançester Yunayted"lə qarşı qarşıya gələcək.
Hər zaman maraqlı afişaları ilə yadda qalan "bayquşlar" bu dəfə də fərqli paylaşımla diqqət çəkib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.