
"İmişli" klubu vingeri ilə Vüsal Qənbərovla vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb.
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Pələnglər"in sıralarını tərk edən 23 yaşlı oyunçunun yeni klubu da bəllidir. O, "Şəfa"ya keçib.
Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edirdi.