
İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnoldun yenidən "Liverpul" formasını geyinməsi mümkündür.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mersisayd klubu hazırda "Real Madrid"də çıxış edən müdafiəçini geri qaytarmaq variantını nəzərdən keçirir.
Aleksander-Arnold bu mövsüm La Liqada keçirdiyi 6 oyunun yalnız 2-də meydana start heyətində çıxıb. 27 yaşlı futbolçunun gələcək karyerası Madrid təmsilçisindəki mövqeyindən asılı olacaq.
Qeyd edək ki, Trent Aleksander-Arnold 2025-ci ilin yayında "Liverpul"dan ayrılaraq "Real Madrid"ə keçib. Onun İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Əlisahib İbrahimli