
Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ” “Neftçi” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” 3:0 hesabı ilə qələbə qazanıb.
“Qəbələ”nin baş məşqçi vəzifəsini müvəqqəti idarə edən Amil Ağacanov matçdan sonra jurnalistlərin suallarını cavablayıb:
“Ağır məğlubiyyət oldu. Rəqibin son oyunlarını analiz etmişdik. Aqressiv oyunçularının olduğunu bilirdik. Sonda rəqib sürətli oyunçularını buraxdı. Bu da oyuna təsir etdi”.
-Əsas futbol planında istək nədir?
-Oyuna nəzarət etmək. Hücumlar qurmaq. 4-2-3-1 sxemində bu daha çox tələb olunur.
-Ehtiyatdakı əcnəbi qapıçının hazırlıq durumu necədir?
-Biz onu birinci qapıçı kimi gətirməmişik. Biz qolkiper axtarırdıq. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq.
-Oyunun taleyini futbolçular arasındakı səviyyə fərqi həll etdi?
-Sonradan oyuna girmək çətin olur. Rəqibin oyunçularının keyfiyyəti daha yaxşı idi.
Əlisahib İbrahimli