
Misirli ulduz Məhəmməd Salah İngiltərədə sürət həddini aşdığına görə altı ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "beIN Sports" yayıb.
Onun avtomobili mart ayında Çeşir bölgəsində, sürət həddi saatda 48 km olan yolda saatda 58 km sürətlə hərəkət edərkən kameraya düşüb.
34 yaşlı futbolçu sükan arxasında kimin olduğunu açıqlamayıb və Çeşir polisinin qaldırdığı iş üzrə irəli sürülən ittihamla bağlı heç bir mövqe bildirməyib.
Uorrinqton Magistrat Məhkəməsində keçirilən iclasda Salah altı ay müddətinə avtomobil idarə etməkdən kənarlaşdırılıb və 1044 funt-sterlinq məbləğində cərimələnib.
2017-2026-cı illər ərzində doqquz mövsüm "Liverpul"da çıxış edən Salah bu yay "Trabzonspor"a transfer olunmuşdu.
Əlisahib İbrahimli