
"Qalatasaray" klubunun prezidenti Dursun Özbək baş məşqçi Okan Buruka tam inam və etimad bəslədiklərini bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, dərc olunan açıqlamada prezident Özbək qeyd etdi ki, son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Okan Buruk və komanda ilə bağlı ona və İdarə Heyətinə aid edilən əsassız iddialar yayılıb.
Dursun Özbək 52 yaşlı çalışdırıcı ilə əlaqə saxladıqlarını da bildirib:
"Trabzonspor" matçından sonra şəxsən ona zəng edərək ruhdan düşməməsini söylədim və ona olan tam etimadımızı ifadə etdim. Bazar günü, məşqdən sonra komandanın vəziyyətini və qarşıdakı dövrü dəyərləndirmək üçün bazamızda üz-üzə görüşdük. Dünən Okan Buruka tam inam və etimadımız var idi, bu gün də var".
Əlisahib İbrahimli