
Kilian Mbappe xəstəliyi səbəbindən Fransa millisinin məşqində iştirak etməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Məlumata görə, Fransa millisinin kapitanı qripə bənzər simptomlar səbəbindən çərşənbə axşamı keçirilən məşqi buraxıb.
“Real Madrid”in hücumçusu Fransa millisinin düşərgəsində qalıb, digər futbolçular isə məşqdə iştirak ediblər.
Bu, Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi kimi keçirdiyi ikinci məşq olub. Fransalı mütəxəssis komandanın Türkiyə ilə qarşılaşacağı ilk oyuna hazırlaşır.
Mbappenin xəstəliyi onun qarşıdakı Millətlər Liqası oyunlarında iştirakını sual altına salıb. Fransa sentyabrın 25-də Kocaelidə Türkiyə ilə üz-üzə gələcək.
Fransa millisinin bundan sonra Belçika ilə iki, İtaliya ilə isə bir qarşılaşması olacaq. Mbappenin vəziyyəti qarşıdakı günlərdə qiymətləndiriləcək.
Əlisahib İbrahimli