
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Çelsi”nin futbolçusu Koul Palmerin milli komandadan növbəti dəfə ayrılması barədə danışıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.
Palmer zədə səbəbindən İngiltərə millisinin heyətindən çıxarılıb. Tuxel bildirib ki, futbolçunun millinin düşərgələrində iştirakı ilə bağlı problem artıq bir neçə dəfə təkrarlanıb.
“Bu, əldən verilmiş fürsətdir. O, çoxlu fürsətləri qaçırır. Mən onu buna görə günahlandırmıram, bu, sadəcə faktdır. Zədələr səbəbindən çox sayda milli düşərgəni buraxır. Mən yalnız komandam daxilində gördüklərimə əsaslanmaq istəyirəm. Bunun üçün isə düşərgədə olmalısan”, - Tuxel deyib.
Almaniyalı mütəxəssis Palmerin İngiltərə millisində oynamaq istəyinin kifayət qədər olub-olmaması ilə bağlı suala da cavab verib.
“Dediklərinizə qarşı çıxmaq çətindir”, – Tuxel bildirib.
Tuxelin sözlərinə görə, Palmer hazırda ağrı və narahatlıqla oynayır və bu vəziyyətdə ən yüksək səviyyədə çıxış edə bilmir.
Əlisahib İbrahimli