
Sabiq "Qalatasaray"lı Fredrik Midtşö 33 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, oyunçu bunu öz "İnstaqram" hesabında paylaşıb.
Norveçli futbolçu bu xəbəri emosional bir açıqlama ilə bölüşərək bildirib ki, zədədən sonra geri dönməkdə çətinlik çəkib və artıq orqanizmi buna tab gətirmir.
Fredrik Midtşönün açıqlaması belədir:
"Demək olar ki, iki il yaşıl meydanlardan uzaq qaldıqdan sonra peşəkar futbol karyerama son qoymağın vaxtının çatdığına qərar verdim. Zədədən sonra tam formada geri dönmək üçün çox çalışdım, lakin təəssüf ki, orqanizmim ümid etdiyim kimi reaksiya vermədi. Əlbəttə, bu, arzuladığım sonluq deyildi. Bununla belə, karyerama nəzər saldıqda, yaşadıqlarımın hamısına görə qürur və minnətdarlıq hissi keçirirəm. Uzun illər futbol oynamaq və sevdiyim işlə məşğul olmaq böyük bir şərəf idi. Komanda yoldaşlarıma, məşqçilərimə, azarkeşlərə və dostlarıma həm yaxşı, həm də çətin anlarda yanımda olan ailəmə təşəkkürümü bildirirəm".

Futbolçu sonuncu dəfə 2025-ci ildə "Eyüpspor"da çıxış edib.
Əlisahib İbrahimli